Özəl şirkətlərin ölkəyə qazandırdığı gəlir həcmi açıqlandı


 

2021-ci ilin yanvar ayında qeyri-dövlət ixracatçı subyektlərin ixrac gəlirlərinin həcmi açıqlanıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin fevral sayında məlumat verilib.

Ötən ay qeyri-neft sektoru üzrə qeyd edilən özəl subyektlər ixrac həcmindən ölkəyə 37,4 milyon dollarlıq gəlir gətirib.

Siyahıya 8,4 milyon dollar ixrac həcmi ilə “MKT İstehsalat Kommersiya” MMC başçılıq edir. Daha sonra 5,2 milyon dollar ixrac həcmi ilə “Almeyvə” MMC gəlir.

İlk beşlikdə qərar tutan digər şirkətlər - “Critical Fruit” MMC (3,7 milyon dollar), “Aqrovest” MMC (3,1 milyon dollar), “Baku Steel Company” MMC-dir (3 milyon dollar).

Eləcə də, “Sun Food” MMC və “Land Lojistic” 3 milyon dollar, “P-Aqro” MMC 2,9 milyon dollar, “Metal Trade LTD” MMC 2,6 milyon dollar, “RAM Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC 2,5 milyon dollar dəyərində qeyri-neft sektoru üzrə ixrac həyata keçirib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}