Vilayət Eyvazov yeni rəis müavini təyin edib
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Gəncə Şəhər Polis İdarəsinin Nizami RPİ-nin təhqiqat şöbəsinin rəisi, polis mayoru Anar İmamquluyev tutduğu vəzifədən azad olunub.
Nazirin digər əmri ilə, o, Goranboy RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.
Xəbəri paylaş
Facebook-da paylaş