BMT Baş katibindən Novruz təbriki

 

BMT Baş katibi Antonio Quterreş dünya sakinlərini Beynəlxalq Novruz Bayramı (Наурыз) münasibətilə təbrik edib.

Şəffaflıq.az xəbər verir ki, BMT Baş katibinin təbrik mesajı qarşıdan gələn Novruz bayramı münasibətilə Pekindəki ŞƏT Katibliyinin binasında baş tutan tədbir çərçivəsində nümayiş olunub.

“Hər il Novruz yeni bir başlanğıca işarə verir. Keçən il Novruzun qeyd edilməsi görünməmiş və dağıdıcı bir qlobal pandemiyanın ilk günlərinə təsadüf etdi. Bu il Novruz ruhu əvvəllər olmadığı qədər canlıdır. Cəmiyyətlər və nəsillər arasında həmrəylik indi hər zamankından daha vacibdir”,- deyə Quterreş müraciətində vurğulayıb.

A. Quterreş qeyd edib ki, bu gün dayanıqlı inkişaf gündəmində 2030-cu ildə heç kimi geridə qoymamaq barədə vədimiz hər zamankından daha vacibdir.

“Bu gün tunelin sonunda işığı görməyə başlaya bilərik. Dünya “COVID-19”u məğlub etmək üçün birləşir. Novruz təbiətlə uyğunlaşaraq daha ədalətli və davamlı bir şəkildə bərpa və dirçəliş üçün bir ilham rolunu oynayır. Novruzu qeyd edən hər kəsə ən xoş arzularımı çatdırıram. Bu gün hər kəsə xoşbəxtlik, sağlamlıq və harmoniya gətirsin”,- deyə Baş katib yekunlaşdırıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}