İsmayıllıda yaz ağac əkini davam edir/-FOTO


Bu gün İsmayıllıda 1 hektarlıq ərazidə 1600-dən çox müxtəlif cins ağac tingi əkilib, palıd toxumu səpilib. Ərazi rayonunun meşə fondu torpaqlarının açıq və seyrək sahələrini əhatə edir.
Şəffaflıq.az xəbər verir ki,tədbir rayonun rəhbərliyi, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun və İsmayıllı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə baş tutub.

Əkin işləri yenidən qurulan Şamaxı – İsmayıllı – Qəbələ avtomobil yolunun kənarında – Qurbanəfəndi kəndinin ərazisində həyata keçirildiyinə görə yolboyu nəzərdə tutulan abadlıq işlərinə töhfə verəcəyi hesab olunur.
Dəyanət İsmayılov.
İsmayıllı rayonu
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}