Ukrayna Baş prokuroruna qarşı cinayət işi açılıb - korrupsiya ittihamı

 

Ukrayna Dövlət araşdırmalar bürosu (DAB) və Milli Antikorrupsiya təhqiqatları bürosu (MATB) ölkənin baş prokuroru İrina Venediktovaya qarşı iki cinayət işi qaldırıb.

Şəffaflıq.az xarici agentliklərə istinadən xəbər verir ki, buna əsas səbəb baş prokurorun Prezident Vladimir Zelenskinin ofisinin rəhbərinin müavini Oleq Tatarova qarşı qaldırılan cinayət işi ilə bağlı yaradılan istintaq qrupunun tərkibini qeyri-qanuni olaraq dəyişdirməsi olub.

Baş prokuror İrina Venediktova hələ ona qarşı irəli sürülən ittihamla tanış olmadığını söyləyib.

MATB müstəntiqləri 2020-ci ilin dekabr ayının 18-dən Oleq Tatarovu istintaqa çəkib. Hüquq-mühafizə orqanlarının verisyasına görə, o, Ukrayna dövlət tikinti korporasiyasında çalışan zaman məhkəmə ekspertizasından yalançı arayış alaraq 81 milyon qriven (təxminən 2 milyon 900 min dollar) məbləğində pulun həmin şirkətin rəhbəri Maksim Mikitas tərəfindən mənimsənilməsinə şərait yaradıb.

Hadisədən sonra Vladimir Zelenski diplomat İqor Brusilonu ofis rəhbərinə yeni müavin təyin edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}