İsmayıllının 10 sakini yeni şəbəkə mağazasında işlə təmin olunub.-FOTO
Bu gün İsmayıllıda daha bir sahibkarlıq obyekti – “Brend House” geyim mağazasının rəsmi açılışı olub.
Tədbirdə vurğulanıb ki, sahibkarlığa dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaradır.
Dövlət-sahibkar münasibətləri inkişaf etdirilir, bu istiqamətdə əhəmiyyətli addımlar atılır. İsmayıllıda sahibkarlığın inkişaf etməsi üçün şəffaf və münbit şərait var.
Rayonda istər kiçik, istər orta, istərsə də böyük sahibkarlıq paralel şəkildə inkişaf edir. Dövlətin qayğısından faydalanan yeni müəssisələrin, sahibkarlıq obyektlərin açılması və fəaliyyət göstərməsi bunu bir daha sübut edir.
“Brend House” geyim mağazasının rəhbərliyi dövlətə minnətdarlıq edərək bildirib ki, İsmayıllı rayonunda özəl sektorun inkişafı üçün yaradılan şərait, göstərilən diqqət və qayğısı sahibkarlara böyük stimul verir, yeni mağaza, dükan və istehsal obyektləri açmağa sövq edir. Qeyd olunub ki, bu gün əsas hədəf sahibkarlığın inkişafının sürətləndirilməsi istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən uğurlu siyasəti dəstəkləmək və bu yolda lazımı töhfəni verməkdir.
Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları pandemiya qaydalarına əməl edərək mağazada yaradılan şəraitlə və satış malları ilə tanış olublar.
Mağazada 10 nəfər İsmayıllı sakini işlə təmin olunub.
Dəyanət İsmayılov.
İsmayıllı rayon
Şəffaflıq.az
Facebook-da paylaş