“Gerçəkdən əlil olan insanların konstitusion hüquqlarının pozulmasına son qoyulmalıdır”

Bunu Milli Məclisin 16 mart 2021-ci il tarixində keçirilmiş plenar iclasında Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı çıxış edən deputat Əli Məsimli deyib.
 
Əli Məsimli bildirib ki, cənab Baş Nazirin təqdimatından da göründüyi kimi, 2020-ci ildə ölkənin iqtisadi həyatında, istehsal, maliyyə və sosial sferalarında, eləcə də COVID 19 pandemiyası, erməni işğalından azad olunmuş ərazilərin bərpası istiqamətində atılan ilkin addımlar, institusional tədbirlər, müdfiə və təhlükəsizlik sahəsində çox geniş miqyaslı və zəruri işlər görülmüşdür.
 
Əli Məsimli əlavə etdi ki, Ermənistanın döyüş meydanına, xarabazara çevirdiyi Qarabağı, Azərbaycan öz şanlı qələbəsi sayəsində tikinti meydanıda, qurub-yaratmaq,əməkdaşlıq və təhlükəsizlik arenasına çevirir. Bu istiqamətdə işlənib hazırlanmış konsepsiya və konkret proqramlar üzrə bu il geniş planlı işlər həyata keçiriləcəkdir.
 
Deputat qeyd etdi ki,müharibədəki qələbə yeni situatsiya ilə yanaşı həmdə yeni gözləntilər yaradır. Bu gözləntiləri doğrultmaqdan ötrü xüsusən, sosial proseslərin tənzimlənməsi sahəsindəki boşluqların aradan qaldırılması istiqamətində ciddi addımların atılması tələb olunur.
 
Əli Məsimli bu yöndə ilk növbədə işsizlik sahəsində yaranmış vəziyyətin gərginliyini önə çəkərək bildirdi ki, iş yerlərinin bərpası və yeni iş yerlərinin yaradılması istiqamərində görülən işlərin dairəsinin genişləndirilməsi çox vacibdir. Hazirlər Kabinetinin 2019 və 2020-ci illər üzrə hesabtlarının müqayisəsi göstərir ki, iqtisadi fəal əhalinin sayının 62 min nəfər artması və məşğul əhalinin sayının isə 62 min nəfər azamlası nəticəsində işsiz hesab olunan əhalinin sayı artaraq 251 min nəfərdən 376 min nəfərə çatmışdır. Amma Dövlət Məşğulluq Xidmətində əvvəlcə işsiz kimi qeydiyyata alınmış 200 min nəfərə qədər şəxsə, sonra isə 600 min nəfər şəxsə yaşayış minimumu qədər – 190 manat birdəfəlik ödəniş verilməsi göstərir ki, işsizlik sahəsindəki real vəziyyət rəsmi statistikadakından xeyli gərgindir. Ona görə də mövcud iş yerlərinin bərpası və yeni iş yerlərinin yaradılması istiqamətində səylərin artırılmasına ehtiyac vardır. Biz bu ayın əvvllərində Şəkidə olarkən müracitlərə əsaslanaraq işsizlik məsələsinin kəskinliyinin bir daha şahidi olduq. İlin birinci rübü hələ başa çatmayıb, amma sosial iş yerləri limiti dolub. Ona görə də Şəki kimi bu cür digər regionlarda da sosial iş yerlərinin limitinin artırılmasını zəruri hesab edir və
 
yeni iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlərin görülməsini vacib hesab edirik ki, insanlar evlərinə hər ay heç olamasa minimum əmək haqqı səviyyəsində pul apara bilsinlər.
 
Sonda deputat başqa bir problemə toxunaraq bildirdi ki, yerlərdə çox ciddi narazılıq yaradan məsələrdən biri əlillik dərəcəsi ilə bağlı məsələdir. Müəyyən yollarla əlillik dərəcəsi alan insanın əlilik dərəcələrinin ləğv edilməsi istiqamətində işlər görülür. Amma bu heç bir əsas vermir ki, həmin prosesdə həqiqətən əlil olanların da hüquq və haqqları tapdalansın. Həqiqi əlil olan şəxsi əlillikdən məhrum etmək isə bir növ onun yeganə yaşama mənbəyindən məhrum edib, taleyin hökmünə buraxmaq deməkdir. Bu artıq gəlib bilavasitə qazilərə də çatıb, müharibədə iştirak edən insanlara ikinci qrup əlilik haqqı düşür, amma üçüncü qrup verirlər. Bu, Konstitusiyamızın sosial təminata həsr olunmuş 38-ci maddəsinin 3-cü bəndinin tələblərinin kobud şəkildə pozulması deməkdir. Hesab edirik ki, gerçəkdən əlil olan insanların konstitusion hüquqlarının pozulmasına son qoymaqdan ötrü ciddi tədbirlər görülməliidr. Yaxın vaxtlarada tərkibi əhalinin qane edən insanlardan ibarət Səyyar Komissiyalar yaradılmalı, əlilliklə bağlı yerlərdən olan şikayətlərə obyektiv yanaşılmalı və real əlil insanların haqqları yerindəcə bərpa edilməlidir. Yalnız bu cür operativ üsulla əlil insanların hüquqlarını bərpa etmək və itən ümidlərini özlərinə qaytarmaq olar.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}