Qazaxıstanda təyyarə qəzaya uğrayıb, ölənlər var

 

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinə aid olduğu ehtimal edilən An-26 təyyarəsi qəzaya uğrayıb.

Şəffaflıq.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Nur-Sultan-Almatı istiqamətində uçan təyyarə uçuş-eniş zolağına yaxınlaşarkən düşüb.

Göyərtədə olan 6 nəfərdən 4-ü ölüb, 2 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}