İsmayıllıda Şəhid ailələrinin ziyarət olunması davam edir.-F0T0

Azərbaycan Respublikası  Müdafiə Nazirliyinin və “Əsgərə xatirə kitabı” layihəsinin təşkilatçılığı, İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Vətən müharibəsi zamanı şəhid olmuş hərbi qulluqçuların və qazilərin ailə üzvlərinin ziyarət olunması davam edir.
Şəffaflıq.azxəbər verir ki, ilk öncə İsmayıllı rayonunda Şəhidlər Xiyabanı ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub, sonra şəhid və qazi ailələri evlərində ziyarət olunub. Ziyarətlər zamanı ailələrin sosial problemləri öyrənilir və onlara psixoloji dəstək fəaliyyəti həyata keçirili
Müdafiə Nazirliyinin zabitləri və İsmayıllı rayon icra hakimiyyəti nümayəndələri, həmçinin “Əsgərə xatirə kitabı” layihəsinin rəhbəri Nuranə Şıxəliyeva və icraçı direktoru Məltəm Şıxəliyeva psixoloji yardıma və reabilitasiyaya ehtiyacı olan şəxsləri müəyyən edərək bu problemlərin həlli istiqamətində onlara ünvanlı maddi yardım edib və psixoloji dəstək tədbirləri həyata keçirib.
İsmayıllı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi tərəfindən bu istiqamətdə tədbirlər daim davam etdiriləcək.

Dəyanət İsmayılov.
İsmayıllı rayon 
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}