Yerdə maqnit qasırğası başlayıb
Yerdə “G2” orta səviyyəli maqnit qasırğası başlayıb.
Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Fizika İnstitutundan bildirilib.
Qasırğa Günəşdə “C” sinfində zəif partlayış baş verməsinin ertəsi günü baş verib.
Maqnetik qasırğaların təsnifatında “G1”-dən “G5”-ə qədər beş səviyyə var. Zəif qasırğa enerji sistemlərinin işində kiçik pozuntulara səbəb ola bilər. Bu, həmçinin quşların və heyvanların miqrasiyasına təsir göstərir. Daha güclüləri qısa dalğalı rabitə və naviqasiya sistemlərinin pozulmasına, eyni zamanda sənaye şəbəkələrində elektrik enerjisinin kəsilməsinə səbəb olur.
Bundan əlavə, maqnit qasırğalarına səbəb olan artan günəş aktivliyi, qütb parıltılarının daha geniş ərazilərdə müşahidə edilməsinə imkan verir.
Facebook-da paylaş