Cavad Zərif: ABŞ Tehran və Bağdad arasında nifaq salmaq istəyir

 

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif iraqlı həmkarı Fuad Hüseynlə danışıqlar zamanı ABŞ Hərbi Hava Qüvvələrinin Suriyadakı obyektlərə aviazərbələr endirməsini qınayıb.

Şəffaflıq.az bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

C.Zərif ABŞ-ın hücumunu Suriyanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib.

İranlı diplomat həmçinin bildirib ki, ABŞ-ın İraq ərazisinə də hücumları şübhələrə əsas yaradır və bu hücumların məqsədi Tehran və Bağdad münasibətlərində nifaq yaratmaq ola bilər.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}