Səfirliyin anım konfransı - VİDEO

 Xocalı soyqırımı hər il dünyada yaşayan Azərbaycanlılar tərəfindən qeyd ediir.
Ermənilərin29 il əvvəl Azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər unudulmur unutdurulmur.
Bu il də Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan Respublikasının Səfirliyi Xocalı qurbanlarını anmaq üçün online konfrans keçirdi. Konfransı giriş sözü ilə Azərbaycan Respublikasının Niderland Krallığındakı Fövqəladə və Səlahiyyətli səfiri Fikrət Axundov açdı. Daha sonra konfransda iştirak edən Niderlanddakı diaspora fəalları Xocalı soyqırımının tanıdılması naminə Azərbaycan diasporasının son illərdə ildə gördükləri işlərdən danışdılar.
Avropanın ikiüzlü siyasətindən bəhs edən konfrans iştirakçıları, Xocalı soyqırımını sadəcə 26 fevralda deyil, ilin 365 günü yad edəcəklərini və bu soyqırıma Avropada da siyasi qiymət verilməsi üçün Xocalıya ədalət deyərək ədalətin bərpası istəyəcəklərini bildirdilər.
Konfransın sonunda Azərbaycanın Niderlanddakı səfirliyi tərəfindən təşkil edilən və Niderlandlı müsiqiçilər tərəfindən Xocalı qurbanlarına həsr edilən Fikrət Əmirovun "Lay-lay" kompazisiyası ifa edildi.
REAL-ın Avropa bürosu


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}