Kiyevdən Bakıya aviareyslər bərpa olunur

 

Ukrayna Beynəlxalq Hava Yolları (“Ukraine International Airlines”) 2021-ci il martın 13-dən etibarən Kiyevdən Bakıya uçuşların bərpa olunması üçün Azərbaycan hökumətindən xüsusi icazə alındığı barədə məlumat yayıb.

Şəffaflıq.az bildirir ki, bu barədə xəbər Ukrayna Beynəlxalq Hava Yolları aviaşirkətinin rəsmi saytında yerləşdirilib.

Aprelin sonunadək Ukrayna Beynəlxalq Hava Yolları Heydər Əliyev Beynəlxalq Hava Limanına həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri uçuşlar həyata keçirməyi planlaşdırır.

Məlumatda qeyd olunur ki, hazırda Azərbaycana yalnız ölkə vətəndaşları, Azərbaycandakı diplomatik nümayəndəlik və konsulluq işçiləri, onların ailə üzvləri, yaşayış icazəsi olan əcnəbilər və vətəndaşların yaxın qohumları giriş edə bilərlər.

Xəbərdə həmçinin qeyd olunur ki, sərhəddəki akkreditə olunmuş laboratoriyaya yola düşmədən ən uzağı 48 saat əvvəl verilmiş koronavirus testinin mənfi nəticələndiyini göstərən sənədi təqdim etmək lazım olacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}