İsmayıllıda ağacəkmə aksiyası keçirildi.-FOTO

Fevralın 23-də “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində İsmayıllı rayonunda ağacəkmə aksiyası keçirilib.
Şəffaflıq.az xəbər verir ki, kampaniya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilir. Kampaniyanın fəaliyyəti Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinə, sağ qalmış ailələrə dəstək göstərilməsinə, bu hadisələrin yaddaşlarda yaşamasına, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlib. Kampaniyanın keçirilməsində əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə, irqi və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə istiqamətlənib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının iştirak etdikləri aksiyada Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şəhidlər Xiyabanın ətrafında, “Zəfər” parkında və Ə.Ələkbərzadə küçəsində eldar şamı, göyrüş və ağcaqayın cinslərindən ibarət 613 ədəd ağac aqrotexniki qaydalara uyğun olaraq əkilib. Bu istiqamətdə tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Dəyanət İsmayılov.
İsmayıllı rayonu
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}