Bill Qeyts: Koronavirusdan müdafiə üçün 3-cü peyvənd lazım olacaq

 

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts əmindir ki, insanları koronavirusdan müdafiə etmək üçün üç mərhələdə peyvənd etmək lazım olacaq.

Şəffaflıq.az bildirir ki, bu barədə TASS-a istinadən xəbər verir.

İş adamının fikrincə, vaksinin üçüncü mərhələsi virusun mutasiyaları nəzərə alınaraq dəyişdiriləcək.

“İndi əsas məsələ bizim vaksinasiyanı ümumi vasitələrlə və metodlarla təmin etməyin lazım olub-olmaması və ya üç mərhələdə peyvənd etməyin zəruriliyi, yaxud vaksini dəyişməyin tələb olunmasıdır”, - Bill Qeyts deyib.

Onun sözlərinə görə, mütəxəssislər artıq vaksinin dəyişilmiş variantlarının yaradılması imkanını araşdırırlar. “Microsoft”un banisi vurğulayıb ki, iki dəfə peyvənd edilən şəxslərin ola bilsin, üçüncü dəfə də peyvənd olunması ehtimal edilir.

"Çox güman ki, bu mutasiyalar ABŞ-a çatana qədər bizdə təkmilləşdirilmiş vaksin olacaq, biz onlardan müdafiə olunmağımıza tamamilə əminik”, - Qeyts əmin olduğunu vurğulayıb.

Daha əvvəl iş adamı özü də koronavirusdan peyvənd edilib. O, birinci dozanı aldığını bildirib və COVID-19 preparatının yaradıcılarına təşəkkür edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}