G7 ölkələrinin görüşü keçiriləcək

 

Böyük yeddilik ölkələrinin pandemiya və vaksinasiya problemlərinə həsr olunmuş görüşü fevralın 19-da keçiriləcək.

Şəffaflıq.az “EADaily” portalına istinadən məlumat verir ki, tədbir videokonfrans formatında təşkil olunacaq.

Allmaniya, İtaliya, Kanada, ABŞ, Yaponiya, Fransa və Britaniya rəsmiləri arasındakı görüş sonuncunun sədrliyi ilə baş tutacaq.

Qeyd edək ki, bu 2020-ci ilin aprel ayından etibarən böyük yeddilik ölkələrinin ilk görüşü olacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}