Avropa İttifaqı liderləri yenidən toplanır
Avropa İttifaqı liderləri koronavirus pandemiyası və təhlükəsizlik mövzularını müzakirə edəcəklər.
Şəffaflıq.az-ın məlumatına görə, bunun üçün fevralın sonunda zirvə görüşü keçiriləcək.
Avropa İttifaqı şurasının sözçüsü Barend Leyts bildirib ki, Aİ liderləri fevralın 25-də pandemiya ilə mübarizənin koordinasiyası üçün videoformatda bir araya gələcəklər.
Bundan başqa, fevralın 26-da təhlükəsizlik və müdafiə məsələləri ilə bağlı Cənub Qonşuluq Siyasəti haqqında da videokonfrans keçiriləcək.
Qeyd edək ki, Aİ liderləri yanvarın 21-də koronavirus pandemiyası, səyahət məhdudiyyətləri, vaksin istehsalı, paylanması və peyvəndləmə kampaniyaları ilə bağlı görüş keçirmişdilər.
Xəbəri paylaş
Facebook-da paylaş