Əsas Səhifə > SİYASƏT / Dünya > Avropa İttifaqı liderləri yenidən toplanır
Avropa İttifaqı liderləri yenidən toplanır4-02-2021, 00:59 |
Avropa İttifaqı liderləri koronavirus pandemiyası və təhlükəsizlik mövzularını müzakirə edəcəklər. Şəffaflıq.az-ın məlumatına görə, bunun üçün fevralın sonunda zirvə görüşü keçiriləcək. Avropa İttifaqı şurasının sözçüsü Barend Leyts bildirib ki, Aİ liderləri fevralın 25-də pandemiya ilə mübarizənin koordinasiyası üçün videoformatda bir araya gələcəklər. Bundan başqa, fevralın 26-da təhlükəsizlik və müdafiə məsələləri ilə bağlı Cənub Qonşuluq Siyasəti haqqında da videokonfrans keçiriləcək. Qeyd edək ki, Aİ liderləri yanvarın 21-də koronavirus pandemiyası, səyahət məhdudiyyətləri, vaksin istehsalı, paylanması və peyvəndləmə kampaniyaları ilə bağlı görüş keçirmişdilər. Geri qayıt |