Bukmekerlər “Avroviziya 2021”in qalibini proqnozlaşdırdılar

 

May ayında keçirilməsi planlaşdırılan “Avroviziya 2021” musiqi yarışmasının favoritləri artıq məlumdur.

Tədbirin rəsmi saytında dərc olunmuş bukmekerlərin proqnozlarına əsasən, Litva, İslandiya və Bolqarıstan builki müsabiqədə qalibiyyət şansları ən yüksək olan ölkələrdir.

Qeyd edək ki, bu günədək yalnız beş ölkə müsabiqədə təqdim edəcəyi ifaçını və mahnını rəsmi olaraq təsdiq edib.

Qalibiyyəti proqnozlaşdırılan Litvanı yarışmada “Discoteque” mahnısı ilə “The Roop” rok/pop kollektivi təmsil edəcək.



 

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}