Bakıda yollar bu tarixdə açılacaq

 “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai jurnaliastlərə açıqlamasında yarışla bağlı təəssüratlarını bildirib.
Səffaflıq.az Musavat.com-a istinadən xəbər verir ki, o, söyləyib ki, hər zaman yarışlar bitəndə kədərlənirik:
“Çox hazırlaşdıq. Fəxr edirik ki, hər şey gözəl keçdi. Yarış çox yaxşı keçdi, Valteri Bottas qələbə qazandı. Bu günlər ərzində çox gözəl əyləncə proqramları oldu, bu gün də sonuncu əyləncə proqramımız keçiriləcək. Ümumilikdə yarışlar çox böyük maraqla qarşılandı, nəticələrdən razıyıq. Nəticələr göstərir ki, hər il Bakını ən gözəl sürətdə göstərə bilirik, bu il də elə oldu. Şəhərin mərkəzində belə bir yarış keçiririk, Qran-Pri təşkil olunur, əməkdaşlarımız əlindən gələni edir ki, yarışlar daha da maraqlı olsun”.
Yolların nəqliyyatın hərəkətinə açılmasından danışan Nigar Arpadarai bildirib ki, 29 apreldə bulvar ərazisi nəqliyyat vasitələrinin istifadəsinə açılacaq:
“30 apreldə isə bütün yollar açılacaq”

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}