Son borcumuda bu torpağa ödəməyə hazıram.-FOTO

 Musayev Əliyar Nəriman oğlu 1962 ci il təvəllüdlü pəhlivan. Vosmoy bazarında çalışır.Aktiv idman həyatı yaşayır. Özü - özünə həm müəllim həmdə şagirddir. Asudə vaxtlarında da pəhlivanlıqla məşğul olur. Gücü ilə həm Naxçıvanda , həmdə digər bölgələrdə ad qazanıb. Əzəmətli duruşu, hazırcavablığ onu daha da məhşur edib.Bir yandanda kişilik rəmzi sayılan buğları, Maşallah əmim lap Koroğluya da oxşayır. Dost tanışın söyləmələrinə görə bu pəhlivana dillərdə də, güclə də hücum еtmiş hər bir kəs məğlubiyyətin acı hisslərini duyacaq. Gənc vaxtları səbirli, təmkinli olardı amma bir az sözü çəp gələrdisə rəqibin lap boğub öldürərdidə. Bu pəhlivanla bağlı bir çox söyləmələr də vardır.Vaxt aşırı məlumat verəcəyik.Onun yanına cavanlar gələrkən ondan  pəhlivanlığın sirrini öyrənirlər.Milli güləşmizdən də anlayışı var. Vaxtı ilə güləşib də. Soruşanda ki, gücün hardandır?Deyir ki, Allahın nökəriyəm. Bu gücdə ondan, ona hədiyyə olduğunu bildirər.Qonağı еvə aparmağ, qonaq saxlamağ adət ən-ənəsidir. Arada bir gücünü göstərmək üçün еvin bir küncündə məşq edər. Kiməsə ağız açmaz.Kimdənsə kömək istəməz. Amma özü hər an kiməsə dəstək olar. Soruşanda ki, kimin üçün darıxırsan?Deyər atam üçün. Bu məqamlarda kövrələr
 Pəhlivanın dediklərindən:
- Vallah, millətimizə qarşı törədilən  faciələr millətimizin iradə əzmini qıra bilməz. Xalqımız yenidən azadlığa, müstəqilliyə qovuşdu və bu müstəqilliyimiz əbədidir. Şəhidlik zirvəsinə ucalan hər bir kəs gələcək nəsillərə örnəkdir. Şəhidlərimizə həsr olunmuş bütün məsələlərdə öndəyəm.Hazıram Qarabağa getməyə,doğma Naxçıvanda düşmənlə vuruşaraq, son borcumuda bu torpağa ödəməyə hazıram. 

P.S.Azərbaycanın və dünyanın ən güclü pəhlavan Əliyar pəhlavanın ad günü şərəfinə Azərbaycan pəhlavanları Nureddin pəhlavan , Mütəllim pəhlavan , Kamandar pəhlavan qonağ gəlmişdilər...

 

 Müəllif: Alxas Məmmədov.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}