Makron ABŞ-Avropa münasibətlərini yenidən gözdən keçirmək istəyir


 

Bu həftənin dördüncü günü Bencamin Haddadın rəhbərliyi altındakı “Atlantik Şurası” analitik mərkəzində çıxış edən Fransa prezidenti Emmanuel Makron transtlantik münasibətlər, NATO, ABŞ-AB əlaqələri ilə bağlı maraqlı açıqlamalar verib.

Şəffaflıq.az xarici “Le Figaro” qəzetində nəşr olunmuş məqaləyə istinadən xəbər verir ki, forumda Emmanuel Makronun dünyanın iki iqtisadi gücü arasında münasibətlərə yenidən baxılması, hətta başqa formata keçilməsi gərəkdiyini düşündüyünü yazıb.

“...Doğrudur, ABŞ-da Donald Tramp iqtidarı dövründəki xaosdan sonra Co Bayden kimi klassik prezidentin hakimiyyətə gəlməsi Avropanın bir sıra dairələrində köhnə transatlantik normal qaydalara dönüşlə əlaqədar ümidlər yaradıb. Hətta Almaniyanın yuxarı təbəqələrində ölkənin yenidən ABŞ-ın təhlükəsizlik çətirinin altına girilməsi ilə bağlı çağırşlar da səslənir. Lakin Fransa prezidenti Atlantik şurasındakı çıxışında “Avropanın suverenliyinin yenidən gözdən keçirilməsinin “ zərurətindən və bununla bağlı ambisiyalı planlarından danışıb. O, həmçinin Avropa və ABŞ arasındakı münasibətlərə daha realist yanaşma tərzinin formalaşdırılmasının zərurətindən bəhs edib. Fransız liderin fikrincə, hətta Co Baydenin dövründə belə ABŞ öz nəzərlərini Avropa və Yaxın Şərqə deyil, Asiyaya (yəni Çinə) doğru yönəldəcək”,- deyə məqalədə bildirilir.

Müəllif Fransa prezidentinin hələ 2019-cu ildə “NATO-nun beyin ölümü keçirdiyi” söyləmi ilə beynəlxalq qalmaqal yaratdığını xatırladıb.

“Əvvəllər Birləşmiş Ştatlar bizim təhlükəsizliyimizin qeydinə qalan tək güc idi. Üstəlik bununla bağlı bütün yükü də üzərinə götürmüşdü. Lakin sonradan NATO üzvlüyü artıq uduzulmuş işə döndü. Belə ki, ABŞ təhlükəsizlik müqabilində partnyorlarına bahalı hərbi sazişlər və texnika təklif etməyə başladı. Biz artıq öz qonşularımızı da düşünməliyik. Bizim qonşularımız isə ABŞ yox, Yaxın Şərq və Afrikadır”,- deyə Emmanuel Makron bildirib.

Fransa dövlət başçısı buna örnək olaraq Barak Obamanın Suriyadan çəkilməsi nəticəsində baş verənləri yada salıb. “Avropalılar artıq ABŞ-ın qərarından asılı olduqları situasiyada ola bilməzlər”, - deyə fransız lider fikrini belə əsaslandırıb.

Emmanuel Makron Fransanın Rusiya ilə bağlı siyasətinə də toxunub. O bu sahədə tətbiq olunan diplomatiyada iki istiqamət üzrə hərəkət edəcəklərini vurğulayıb.

“Bir tərəfdən Kreml Aleksey Navalnının həbsi və Krımın işğalına görə kəskin qınanmalı və sanksiyalar saxlanılmaldır. Lakin digər tərəfdən Rusiyanın Avropa ailəsini üzvü olduğunu, Moskvasız qitədə hər hansı “sülh və sabitlikdən” söhbət gedə bilməyəcəyini unutmaq olmaz. Bunun üçün Rusiya ilə dialoq davam etdirilməli və gec də olsa nəticə almaq lazımdır”, - deyə Fransa prezidenti qeyd edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}