BDU-nun yeni yataqxanasının açılışı oldu

 

Bu gün Bakı Dövlət Universitetinin (BDU) əsaslı təmir olunmuş tələbə yataqxanasının açılış mərasimi olub.

Şəffaflıq.az xəbər verir ki, təhsil naziri Emin Əmrullayev açılış mərasimində iştirak edib.

Qeyd edək ki, ümumi sahəsi 5100 kvadrat metr olan beş mərtəbəli yataqxana 220 nəfər tələbə üçün nəzərdə tutulub.

Yataqxanada 104 standart yataq otağı ilə yanaşı, iki qonaq otağı, oxu zalı, yeməkxana, camaşırxana, istirahət guşəsi, tibb otağı, idman avadanlığı quraşdılımış sahə var.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}