Bakıda məşhur xəstəxana ləğv olunduğunu elan edib

 

Bakıda "Kaspar” kimi tanınan məşhur xəstəxananı idarə edən "Dənizçilər poliklinikası” MMC ləğv olunduğunu elan edib.


Şəffaflıq.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinini törəmə müəssisəsi olan "Dənizçilər poliklinikası” MMC-yə qarşı tələbləri olan kreditorlar iki ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, ev 120A ünvanına müraciət edə bilərlər.

Qeyd edək ki, nizamnamə kapitalı 1 milyon 22 min 399 manat olan MMC 23 iyun 2017-ci ildə yaradılıb. Şirkətin qanuni təmsilçisi Abdullayev Fəxrəddin Qiyas oğludur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}