Larri Kinq dünyasını dəyişdi
Dünya şöhrətli amerikalı jurnalist Larri Kinq 87 yaşında koronavirusdan dünyasını dəyişib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə jurnalistin rəsmi Tvitter səhifəsində məlumat verilib. Kinq Los-Ancelesdə xəstəxanaların birində vəfat edib.
Qeyd edək ki, teleaparıcı “Larry King Live” şousu ilə məşhurdur. O, 50 mindən çox müsahibə aparıb.
Kinq, 2017-ci ildə xərçəng xəstəliyinə tutulub, ötən il isə insult keçirib. Teleaparıcıya COVİD-19 diaqnozu yanvarın əvvəlindən qoyulmuşdu.
Xəbəri paylaş
Facebook-da paylaş