Rus çarları ermənilərə niyə nifrət edirdilər? - TƏFƏRRÜATLAR - FOTO


 
Tarixin saxtalaşdırılması və layiq olduqlarından artıq yerə nail olub, elə həmin yeri tutmaq mərəzi baxımından ermənilərin nə misli var, nə də bərabəri.
 Şəffaflıq.az Day.aza-istinadən məlumat olaraq bildirir ki,Ermənistanın rəsmi təbliğat maşını ilə bahəm, xarici ölkələrdə yaşayan ermənilərin icma təşkilatları, hay siyasətçilər, dövlət adamları, tarixçilər, hətta şoumenlər belə, "qədim və əzabkeş erməni millətinin keşməkeşli, böyük tarixi"ndən, "tarixdəki böyük erməni dövlətləri"ndən və ən başlıcası, "Rusiya ilə erməni xalqı arasındakı çoxəsrlik qardaşlıq, dostluq əlaqələri"ndən bəhs etməyi sevirlər.
Erməni təbliğat maşının sürəkli istifadə etdiyi söz yığınları arasında bu kəlmələr xüsusi yer tutur: "Artıq üç əsrdir ki, Rusiya ilə birlikdəyik. Ermənilər həmişə, tarix boyu rus dövlətçiliyinə, rus cəmiyyətinə, rus silahlı qüvvələrinə sədaqətlə xidmət ediblər. Biz Müqəddəs Rusiya qarşısında borcumuzu həmişə yerinə yetirmişik".
Halbuki əsla belə deyil. Çar Rusiyası dönəmində ermənilərin "böyük qardaş və dost"a olan əsl, gerçək münasibətini Ermənistanın rəsmi qurumları ilə yanaşı, erməni siyasətçilər, tarixçilər və mədəniyyət xadimləri gizlədirlər.
Danışmırlar, demirlər. Susurlar.


 
Gerçək isə budur ki, Rusiyanın tarixinin müxtəlif dönəmlərində ermənilər dəfələrlə rusların dövlətçiliyini məhv etməyə başlayıblar. Hər dəfə erməni millətçilərinin fəaliyyəti pik nöqtəsinə çatanda Rusiya çarları erməni ekstremizminə qarşı sərt qərarlar qəbul ediblər.
18-ci əsrdə imperatriça Yelizaveta, 19-cu əsrdə 1-ci Nikolay və 3-cü Aleksandr, 20-ci əsrdə 1-ci Nikolayın fərmanları ilə ermənilərin "ipləri yığılmışdı".
Hələ 1742-ci ildə imperatriça Yelizaveta erməni kilsələrini və ibadətxanalarını yasaqlamışdı. Halbuki fərmandan 18 il əvvəl çar 1-ci Pyotrun əmri ilə ermənilərin Qafqaza köçürülməsi başlanmış, Rusiya bu xalqı himayəyə götürmüşdü.
Erməni keşiş Hovsep Arqutyan-Yerkaynabazuk rus çarı 1-ci Pavelə yaltaqlanaraq İosif Arqutinski olmuş və çara yalan danışaraq "ermənilər kilsələrdə ibadət edəndə Rusiya imperatoru və onun Ülyahəzrət Evi üçün də dua edirlər" demiş, hətta uydurma liturgiya mətnini də çara yollamışdı.
Erməni keşişinə inanan 1-ci Pavel də Arqutyanlar nəslinə knyaz titulu vermişdi. Həmin vaxtdan sonra Arqutyanlar olmuşdular Arqutinski-Dolqorukilər, Rusiyada da erməniləri "xristian, pravoslav qardaşlar" saymağa başlamışdı.
Bu fırıldağın üstü 100 il sonra, 1891-ci ildə açıldı. Erməni keşiş Ter-Voskakovun məhkəməsində bəlli olub ki, ermənilər kilsə ibadətlərində heç vaxt (!) rus çarına dua etməyiblər. Eçmiədzin Sinodunun prokuroru F.Frernkelin başçılıq etdiyi istintaq göstərmişdi ki, ermənilər yalnız Eçmiədzinin təsdiqlədiyi ibadəti edir, yalnız katolikos və qriqorian xristianların şəninə mədhiyyələr deyirlər. Yerdə qalan bütün xristianlar, o cümlədən pravoslav ruslar isə "murdar kafirlər və yaramazlar" sayılır.
Çar 1-ci Nikolay gəldikdə isə o, 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarını ləğv edərək onların ərazisində Erməni vilayəti yaratmışdı. Lakin sonradan o, ermənilərin nə qədər təhlükəli olduqlarını anlayaraq 1840-cı ildə "Erməni vilayəti"ni ləğv edərək əraziləri Kaspiysk və Gürcü-İmereti quberniyaları arasında bölmüşdü.
Ermənilər elə həmin vaxtlarda özlərinə dövlət qurmaq, ətraf əraziləri ələ keçirməklə bağlı planlar hazırlamağa başlamışdılar.
Peterburqdakı Lazarev Şərq Dilləri İnstitutunun hamisi, erməni Xristofor Lazarev də çar 1-ci Nikolaya Azərbaycan xanlıqlarının ərazisində erməni muxtariyyəti yaratmaq layihəsini təqdim etmişdi.

 

1882-ci ildə çar 3-cü Aleksandr erməni millətçilərinin kim olduğunu anlamış, 1882-ci ildə daxili işlər naziri Tolstoya müvafiq əmrlər vermişdi. Az sonra yüksək dövlət postlarındakı bütün ermənilər işdən çıxarıldı. 1885-ci ildə 160 erməni məktəb bağlandı. 1889-cu ilin martında isə tədris planlarından Ermənistan tarixi və coğrafiyası fənlərinin çıxarılması əmri verildi.
1902-ci ildə çar 2-ci Nikolay bütün erməni kilsələrinin əmlaklarının müsadirəsi və erməni məktəblərinin bağlanması barədə fərman imzaladı. Rus Pravoslav Kilsəsi isə erməni qriqorian kilsəsini, Eçmiədzini anafemaya verdi. Yəni lənətlədi.
Bu sərt qərarlar daşnakların Rusiya dövlətçiliyinə qarşı düşmən əməllərinə adekvat cavab idi. İş ondadır ki, Birinci Rusiya İnqilabı zamanı Qafqazdakı bir çox erməni kilsələrində və ibadətxanalarında gizli silah-sursat saxlancları, qanunsuz çapxanalar aşkarlanmışdı. Çar Rusiyanın hakimiyyət dairələri anladılar ki, Qafqazdakı "kortəbii etirazlar", əslində, xaricdən idarə olunur və erməni təşkilatları, xüsusilə də Daşnaksutyun vasitəsilə gerçəkləşdirilir.
1903-cü ildə ermənilərin "Hnçak" Partiyasının üzvü çarın Qafqazdakı canişini knyaz Qriqori Qolitsinə xəncərlə hücum etmişdi. Başından ağır zərbələr alan knyaz az sonra vəfat etdi. Şayiələrə görə, erməni terrorçular knyazın başını kəsərək kəlləni Tiflisdəki İrəvan meydanına qoymaq istəyiblər.
Knyazın qətlə yetirilməsinin səbəbi o idi ki, Qolitskin hələ 1897-ci ildə ermənilərin Tiflisdə və Bakıda həddən artıq "qudurduqlarını" çara yazmış, ermənilər barədə zəruri tədbirlər görülməsinə zərurət duyulduğunu yazmışdı.


  
Daha sonra knyaz Qolitsin erməni kilsələrin əmlaklarını müsadirə etdirmiş, ermənilər şəhər seçkilərindən tam kənarlaşdırmışdı.
Çar 2-ci Nikolay da elə bu səbəbdən ermənilərin Daşnaksutyun təşkilatının fəaliyyətini yasaqlamışdı.
1912-ci ildə isə Sankt-Peterburqda Daşnaksutyunun məhkəməsi keçirilmişdi. Prosesdə 159 müttəhim və 850 şahid vardı.
Elə sadəcə, bu fakt 20-ci əsrin əvvəllərində çar Rusiyasında erməni terrorunun hansı miqyasda olduğunu anlamağa yetər.

       Şəffaflıq.az





Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}