Sabirabadda zəncirvari yol qəzasında 7 nəfər xəsarət alıb
Sabirabad rayonunda ağır yol qəzası baş verib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb. Belə ki, üç nəqliyyat vasitəsinin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü Ələsgərov Bəxtiyar, 1990-cı il təvəllüdlü Əhmədova Xalidə, 1970-ci il təvəllüdlü Allahverdiyeva Arifə, 1975-ci il təvəllüdlü Xudiyev Emin, 1964-cü il təvəllüdlü Turabov Mürvət və daha iki nəfər xəsarət alıb. Sabirabad rayonunun Qaragüney kənd sakini, 1978-ci il təvəllüdlü Qurbanov İbrahim Səxavət oğlunun həyatını isə xilas etmək mümkün olmayıb. Xəsarət alanlar Şirvan Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








