Əsas Səhifə > Hadisə > Sabirabadda zəncirvari yol qəzasında 7 nəfər xəsarət alıb

Sabirabadda zəncirvari yol qəzasında 7 nəfər xəsarət alıb


Bu gün, 09:41


Sabirabad rayonunda ağır yol qəzası baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Belə ki, üç nəqliyyat vasitəsinin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü Ələsgərov Bəxtiyar, 1990-cı il təvəllüdlü Əhmədova Xalidə, 1970-ci il təvəllüdlü Allahverdiyeva Arifə, 1975-ci il təvəllüdlü Xudiyev Emin, 1964-cü il təvəllüdlü Turabov Mürvət və daha iki nəfər xəsarət alıb.

Sabirabad rayonunun Qaragüney kənd sakini, 1978-ci il təvəllüdlü Qurbanov İbrahim Səxavət oğlunun həyatını isə xilas etmək mümkün olmayıb.

Xəsarət alanlar Şirvan Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.


Geri qayıt