Tramp: Saat işləyir və İran tələssə, daha yaxşı olar


ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Vaşinqtonla mümkün razılaşmanın əldə olunmasında tələsməlidir.

Şəffaflıq.az xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkə hesabında yazıb.

"Saat işləyir və onların (İranın - red.) tələsməsi daha yaxşı olardı, əks halda onlardan heç nə qalmayacaq. Vaxt gözləmir", - paylaşımda bildirilir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq bir sıra şəhərlərə aviazərbələr endirib. Buna cavab olaraq İran İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.

2026-cı il aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik barışıq barədə razılığa gəliblər. Daha sonra Ağ Evin rəhbəri Donald Tramp atəşkəs rejimini qeyri-müəyyən müddətə uzadıb. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar baş tutub. Müzakirələr nəticəsiz başa çatıb.

Tehrana təzyiq olaraq ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. Öz növbəsində İran Hörmüzün Fars körfəzi ölkələrinə gedən gəmilər üçün bağlandığını bildirib. Regiondakı vəziyyət qlobal enerji böhranına səbəb olub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}