Düşmən Ağdamın Şelli kəndində belə bir məktəb açdı...

 

Bu kənd uğrunda neçə-neçə oğlumuz şəhid olub...
Dünən –noyabrın 5-də  Ağdam rayonunun 26-cı ildir ki, işğal altında qalan Şelli kəndində ümumerməni “Hayastan” fondunun Kanada filialının vəsaiti hesabına yeni tikilmiş məktəbin açılışı olub. 

Moderator.az xəbər verir ki, “Uxtasar” adlandırılmış bu Azərbaycan kəndindəki məktəbin açılışına sözügedən erməni xeyriyyə fondunun icraçı direktoru və Kanadanın Toronto şəhərində fəaliyyət göstərən filialın rəhbəri də qatılıb. Kanadalı xeyriyyəçi söz verib ki, Şellidəki ermənilərin içməli su problemini də tezliklə həll edəcəklər.

Xatırladaq ki, Ağdam rayon mərkəzi yaxınlığındakı strateji yüksəkliklərdən birində yerləşən Şelli kəndi I Qarabağ savaşının ilk illərindən daim erməni terrorçularının hücumlarına məruz qalıb. 1991-1993-cü illərdə uğrunda şiddətli döyüşlər getmiş, dəfələrlə yandırılmış, neçə-neçə döyüşçümüz şəhid düşmüş, dinc sakinləri həlak olmuş, yaralanmış kənd 1993-cü il iyulun 8-də erməni hərbi birləşmələri tərəfindən işğal edilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}