Masazırda 48 yaşlı kişi qətlə yetirilib, arvadı tutulub


Abşeronda qadın ərini öldürməkdə şübhəli bilinir.

Şəffaflıq.az-ın xəbərinə görə, avqustun 19-da saat 12 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimovun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən, arvadı - 1983-cü il təvəllüdlü A.Əliyeva saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}