Si Cinpin ABŞ və Çin arasında Tayvanla bağlı münaqişə riski barədə xəbərdarlıq edib
Tayvan məsələsinin nizamlanmasına səhv yanaşma Çin və ABŞ arasında birbaşa toqquşmaya səbəb ola bilər. Şəffaflıq.az-ın məlumatına görə, Çin Sədri Si Cinpin bunu ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı bildirib. "Tayvan məsələsi Çin-ABŞ münasibətlərində ən vacib məsələdir. Əgər o, düzgün həll olunsa, iki ölkə arasındakı münasibətlər sabitliyi qoruya biləcək. Əks halda, iki ölkə toqquşacaq və hətta münaqişəyə girəcək", - Çin Mərkəzi Televiziyası Si Cinpinin sözlərini sitat gətirib. Çin Sədri həmçinin qeyd edib ki, adanın müstəqilliyinə can atmaq regionda sülh və sabitliyin qorunması ilə uyğun gəlmir.
Xəbəri paylaş
Facebook-da paylaş








