Şübhəli dron fəaliyyəti səbəbindən Helsinki hava limanı müvəqqəti bağlanıb


Finlandiya hakimiyyəti paytaxt Helsinki şəhəri ərazisində şübhəli dron fəaliyyəti barədə məlumat yayıb.

Şəffaflıq.az "Reuters"ə istinadən verdiyi məlumata görə, Helsinki hava limanı yeni məlumatlara əsasən uçuşları müvəqqəti olaraq dayandırıb.

Finlandiyanın Baş naziri Petteri Orpo səlahiyyətli orqanların artıq lazımi tədbirləri gördüyünü bildirib.

"Hakimiyyət orqanları tədbirlər görür. Müdafiə Qüvvələri öz nəzarət və cavab tədbirləri imkanlarını gücləndirib. Hər kəsi rəsmi elanlara əməl etməyə çağırıram", - deyə o, "X" sosial şəbəkə hesabında yazıb.

Hadisənin təfərrüatları hələlik açıqlanmayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}