Azərbaycanda həyata keçirilən operativ tədbirlər nəticəsində 254 kriminal qrup zərərsizləşdirilib.
2020-ci ildə Azərbaycanda həyata keçirilən operativ tədbirlər nəticəsində 254 kriminal qrup zərərsizləşdirilib.
Şəffaflıq.az xəbər verir ki, bunu daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib.
O bildirib ki, odlu silah saxlayan və daşıyan 161 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Qanunsuz dövriyyədən 1 ton 873 kq narkotik vasitə çıxarılıb, yabanı halda yetişən 153 tondan çox narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.
Xəbəri paylaş
Facebook-da paylaş