ABŞ-da atışma, ilkin məlumata görə beş nəfər ölüb

 

ABŞ-ın İllinoys ştatının Evanston şəhərində silahlı insident baş verib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

Qeyd olunub ki, naməlum şəxs girov götürdüyü qadını güllələyib.

Hadisə yerinə gələn polislərlə onun arasında atışma baş verib. Silahlı insident nəticəsində dörd polis ölüb.

Cinayətkar yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda cinayətin baş vermə səbəbi araşdırılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}