“ABŞ dəyərləri hətta dostları tərəfindən lağa qoyulur” - Xamenei


 

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyyid Əli Xamenei ABŞ-dakı son proseslərə münasibət bildirib.

Şəffaflıq.az xəbər verir ki, Xamenei bu barədə öz tvitter hesabında yazıb.

“ABŞ-dakı vəziyyəti gördünüzmü? Bu, onların demokratiyası və seçki fiaskosudur. Bu gün ABŞ və Amerika dəyərləri, hətta dostları tərəfindən lağa qoyulur”,- deyə o qeyd edib.

Xatırladaq ki, yanvarın 6-sı ABŞ Konqresinin hər iki palatasının senatorları tərəfindən konstitusiyaya uyğun olaraq seçki nəticələrinin təsdiqlənməsi ilə bağlı iclas zamanı Tramp tərəfdarları Konqres binasına basqın edərək iğtişaşlar törətmişdi. Nəticədə, qarşıdurma olmuş, 4 nəfər ölmüş, xeyli sayda insan yaralanmışdı.  

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}