Xorvatiyada zəlzələ baş verib
Xorvatiyada 5,0 bal gücündə zəlzələ baş verib.
Şəffaflıq.az-ın məlumatına görə, bu barədə "Jutarnji list" qəzeti ölkənin Seysmoloji xidmətinə istinadən bildirib.
Məlumata əsasən, təkanlar bundan əvvəl zəlzələdən zərər çəkmiş Petrinya şəhərində yerli vaxtla saat 18:01-də qeydə alınıb.
İlkin məlumatlara görə, zəlzələnin episentri Zaqrebdən 48 km məsafədə yerləşib, burada torpaq titrəmələri də hiss olunurdu.
İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyib.
Xəbəri paylaş
Facebook-da paylaş