Əsas Səhifə > Hadisə / Dünya > Xorvatiyada zəlzələ baş verib

Xorvatiyada zəlzələ baş verib


7-01-2021, 08:06



Xorvatiyada 5,0 bal gücündə zəlzələ baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə "Jutarnji list" qəzeti ölkənin Seysmoloji xidmətinə istinadən bildirib.

Məlumata əsasən, təkanlar bundan əvvəl zəlzələdən zərər çəkmiş Petrinya şəhərində yerli vaxtla saat 18:01-də qeydə alınıb.

İlkin məlumatlara görə, zəlzələnin episentri Zaqrebdən 48 km məsafədə yerləşib, burada torpaq titrəmələri də hiss olunurdu.

İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyib.

Geri qayıt