Gürcüstanda yaşıl rəngli küçük doğulub

 

Gürcüstanın Axaltsixe şəhəri yaxınlığındakı kənddə yaşıl küçük dünyaya gəlib.

360 TV bununla bağlı kadrları yayımlayıb.

Yeni il ərəfəsində dünyaya gələn balaya “Qrinç” ləqəbi verilib. Sahibi Mesarkişvilinin sözlərinə görə, yerli zooparkın nümayəndələri artıq onunla əlaqə yaradıblar, ancaq o, itini vermək fikrində deyil.

“Qrinç”lə birlikdə daha yeddi bala dünyaya gəlib.

Qeyd edilir ki, xəzin yaşıl rəngi itin plasentasında biliverdinin yüksək piqment tərkibi ilə əlaqədardır. İtlərdə bu rəng çox nadir hallarda olur.


Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}