2021-ci ildə kənd təsərrüfatı üzrə ayrılan xərclərin təyinatı məlum olub
Azərbaycanda bu il dövlət büdcəsindən kənd təsərrüfatı üzrə ayrılan xərclərin təyinatı məlum olub.
Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Fərmanında öz əksini tapıb.
Fərmana əsasən, bu il dövlət büdcəsindən kənd təsərrüfatı üzrə 943 035 597 manat ayrılıb.
Həmin vəsaitin 441 150 000 manatı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, 30 milyon manatı baytarlıq, 405 798 300 manatı isə meliorasiya üzrə xərclənəcək.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş