Kaliforniyada koronavirusdan ölənlər üçün meyitxanalarda yerlər qalmayıb
ABŞ-ın Kaliforniya ştatının Dəfn bürosu COVID-19-dan ölən insanların yaxınlarlarını qəbul etməməyə başlayıb.
Şəffaflıq.az bildirir ki, bu barədə “ABSNews” xəbər verib.
Bürodan bunu meyitxanalarda yerin olmaması ilə əlaqələndiriblər. Meyitlərin kremasiyası və ölüm haqqında şəhadətnamələrin alınması da daxil olmaqla, bütün dəfn və kremasiya prosesləri ləngiyib.
Şirkətlərdən biri bildirib ki, hər gün meyitlərin olduğu 30 maşını qəbul edir. Bu, normadan altı dəfə çoxdur.
"Mən 40 ildir dəfn sənayesində işləyirəm və heç vaxt düşünməmişəm ki, nə vaxtsa insanlara “yox biz sizin ailənizin üzvünün meyitini qəbul edə bilmirik" – demək lazım gələcək”, - ayin şirkətinin sahibi Maqda Maldonado bildirib.
Facebook-da paylaş