DİN ata və oğlunun öldüyü hadisə ilə bağlı məlumat yaydı

 Daxili İşlər Nazirliyi Kürdəmirdə baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Şəffaflıq.az nazirliyə istinadən xəbər verir ki, dekabrın 27-də saat 8 radələrində Kürdəmir şəhəri ərazisində Laçın rayon sakini Arzuman Quliyevin idarə etdiyi “VAZ-21074” və Xırdapay kənd sakini X.Cavadovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə A.Quliyev və sərnişini olan atası İlqar hadisə yerində ölüb.
Hadisə ilə bağlı Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}