Əsas Səhifə > Hadisə > DİN ata və oğlunun öldüyü hadisə ilə bağlı məlumat yaydı

DİN ata və oğlunun öldüyü hadisə ilə bağlı məlumat yaydı


28-12-2020, 15:28
 Daxili İşlər Nazirliyi Kürdəmirdə baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Şəffaflıq.az nazirliyə istinadən xəbər verir ki, dekabrın 27-də saat 8 radələrində Kürdəmir şəhəri ərazisində Laçın rayon sakini Arzuman Quliyevin idarə etdiyi “VAZ-21074” və Xırdapay kənd sakini X.Cavadovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə A.Quliyev və sərnişini olan atası İlqar hadisə yerində ölüb.
Hadisə ilə bağlı Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

Geri qayıt