Çində naməlum şəxs 7 nəfəri bıçaqlayaraq öldürüb, daha 7 nəfəri yaralayıb
Çinin şimal-şərqində yerləşən Liaoninq vilayətinin Kaiyuan şəhərində naməlum şəxs bıçaqla insanlara hücum edib.
Şəffaflıq.az-ın “Sinxua”ya istinadən verdiyi məlumatına görə, hadisə nəticəsində 7 nəfər aldığı bıçaq zərbəsindən dünyasını dəyişib.
Daha 7 nəfərin yaralandığı bildirilir.
Yerli polisin məlumatına görə, hadisəni törədən şəxs həbs olunub, lakin cinayətin təfərrüatı barədə açıqlama verilməyib.
Agentliyin məlumatına görə, Çində belə hadisələrə nadir hallarda rast gəlinir: “Bu cür hadisələr ya psixi cəhətdən xəstə insanlar tərəfindən törədilir, yaxud da qisas məqsədilə”.
Cinayətkarın zərərsizləşdirilməsi zamanı bir polis zabitinin yaralandığı bildirilib.
Xəbəri paylaş
Facebook-da paylaş