Aİ və ÜST Azərbaycana tibbi ləvazimatlar göndərib
Bu gün Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-lu ağır xəstələrin müalicəsində istifadə olunması üçün 52 xəstə monitoru, 258 nazal oksigen kanulu, 258 venturi maskasi, 123 ədəd pulsoksimetr, tibbi ləvazimatların ehtiyat hissələri, eləcə də tibb işçilərinə COVID-19 pandemiyası ilə təhlükəsiz mübarizə aparmaqda kömək etmək məqsədilə 987 min cüt müayinə əlcəyini Azərbaycanın Səhiyyə Nazirliyinə təhvil verib.
Şəffaflıq.az xəbər verir ki, təhvil-təslim aktını ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov imzalayıb.
Bu ləvazimatlar Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində ölkəyə gətirilib.
Facebook-da paylaş