Ermənistanda Dağlıq Qarabağda döyüş əməliyyatlarının gedişatında həlak olanlarla bağlı üçgünlük ümummilli matəm başlayıb.

 Bu gündən Ermənistanda Dağlıq Qarabağda döyüş əməliyyatlarının gedişatında həlak olanlarla bağlı üçgünlük ümummilli matəm başlayıb. 
Şəffaflıq.az bildirir ki, bu barədə xarici mətbuata istinadən xəbər verir. . Hökumətin mətbuat xidməti daha əvvəl bildirib ki, matəm yürüşü şənbə günü "Respublika" meydanından "Yerablur" xatirə kompleksinə qədər davam edəcək. Yürüşə baş nazir Nikol Paşinyan başçılıq edəcək. "Yerablura təntənəli matəm yürüşü saat 13:00-da “Respublika” meydanından başlanacaq", - xəbərdə deyilir. Bundan başqa, müxalifət tərəfdarları da “Azadlıq” meydanından ayrıca təntənəli yürüş keçirmək niyyətindədir. Onlar müharibədəji uğursuzluğa görə Paşinyanı ittiham edirlər. Müxalifət liderləri həmçinin bildiriblər ki, baş naziri matəm tədbirlərinə buraxmayacaqlar. Bu, müəyyən gərginlik və müxalifətçilərlə və polis əməkdaşları arasında toqquşmalar imkanı yaradır. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}