Azərbaycanda daha 43 nəfər koronavirusdan öldü: 4077 yeni yoluxma

 

Azərbaycanda koronavirusa (COVID-19) 4077 yeni yoluxma faktı qeydə alınıb, 3854 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 43 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 62 427 nəfərə çatıb.

Ölkədə son sutka ərzində 17 998, hazırkı dövrədək isə 1 998577 test aparılıb.

Ümumi ölənlərin sayı 2 050 nəfərdir.

Ümumi yoluxanların sayı 187 336 nəfər, ümumi sağalanların sayı 122859 nəfərdir.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}