Əsas Səhifə > Gündəm > Azərbaycanda daha 43 nəfər koronavirusdan öldü: 4077 yeni yoluxma
Azərbaycanda daha 43 nəfər koronavirusdan öldü: 4077 yeni yoluxma16-12-2020, 19:20 |
Azərbaycanda koronavirusa (COVID-19) 4077 yeni yoluxma faktı qeydə alınıb, 3854 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 43 nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 62 427 nəfərə çatıb. Ölkədə son sutka ərzində 17 998, hazırkı dövrədək isə 1 998577 test aparılıb. Ümumi ölənlərin sayı 2 050 nəfərdir. Ümumi yoluxanların sayı 187 336 nəfər, ümumi sağalanların sayı 122859 nəfərdir. Şəffaflıq.az Geri qayıt |