Ərdoğandan ABŞ sanksiyalarına SƏRT REAKSİYA: “Bu, necə müttəfiqlikdir?”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın sanksiya qərarına sərt reaksiya verib.
Şəffaflıq.az “Haber Global”-a istinadən məlumat verir ki, bu barədə o, Niğde-Ankara Şosse yolunun açılış mərasimində danışıb.
“Bu sanksiyalar NATO üzvü olaraq ilk dəfə ölkəmizə tətbiq edilib. Bu necə ittifaqdır? Bu necə müttəfiqlikdir? Bu qərar ölkəmizin suveren hüquqlarına açıq bir hücumdur. Qərarın səbəbi nədir? Səbəb Türkiyənin Rusiyanın S-400 hava müdafiə sistemini almasıdır. Bəs Türkiyə niyə bu yola üz tutdu? ABŞ uzun zamandır əlindəki hava hücumundan müdafiə sistemlərinin ölkəmizə satılmasına icazə verməyib. Bundan başqa Türkiyə “F-35” təyyarəsinin minə yaxın hissəsini istehsal edir və ABŞ-a verir. Bu sistemləri əldə etmək istədiyimiz şərtlərə cavab verməyən ABŞ Senatdakı maneələrdən əlavə, ehtiyaclarımızı başqa bir yerdən qarşıladığımız üçün sanksiya tətbiq etdi.
Qarşımızda duran tək yol isə Türkiyənin S-400 sistemini almasıdır.
Və bu sistemin heç bir texniki açıqlama verilməyən “F-35”-lər üçün, pulun böyük bir hissəsini verəcəyimiz halda, təhdid təşkil edən iddiaları sadəcə bəhanədən ibarətdir.
Əsas məqsəd ölkəmizin son zamanlarda müdafiə sənayesində başlatdığı nailiyyətləri əngəlləyərək bizi yenidən onlardan tamamilə asılı vəziyyətə salmaqdır. Üstəlik, bunu öz hesabatlarında açıq şəkildə bildirirlər”, - deyə Türkiyə lideri bildirib.
Facebook-da paylaş