“Pfizer”in peyvəndi bir neçə həftə ərzində ÜST tərəfindən qiymətləndiriləcək
“Pfizer” şirkətinin koronavirus əleyhinə istehsal etdiyi peyvənd bir neçə həftə ərzində qiymətləndiriləcək.
Şəffaflıq.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilib.
Qeyd edilib ki, ÜST-ün komissiyası tərəfindən şirkətin müvafiq sənədləri nəzərdən keçirəcək, həmçinin, peyvəndin effektivlik dərəcəsi qiymətləndiriləcək. Nəticələr barədə rəyin ictimaiyyətə açıqlanacağı bildirilib.
Xəbəri paylaş
Facebook-da paylaş